Ağaclar arxasında gizlədilən nişanlar - VİDEO

Yol polisi / Manşet7-08-2020, 18:06 1 068 dəfə oxunub
Ağaclar arxasında gizlədilən nişanlar - VİDEO

YPX.AZ saytına göndərilən videoda görünür ki, Süleyman Sani Axundov 427 ünvanında hər an qəza baş verə bilər və bu zaman sözsüz ki, əsas təqsirkar yol hərəkəti nişanlarını quraşdıran, onlara nəzarət edən qurum olacaq. Çünki yol ayrıcında qoyulan 2.4 (yol ver) və 4.1.2 (sağa hərəkət) nişanları ağacın budaqları arasında qalıb və sürücülər üçün görünməz hala gəlib. Ərazidən ilk dəfə istifadə edən sürücü orada nişanın olmasından ümumiyyətlə xəbər tutmaya bilər. Nəticədə isə hər an avtomobil qəzası baş verə bilər.