Sumqayıtda təhlükəli avtomobil idarə edən sürücü - VİDEO

Yol polisi / Manşet8-08-2020, 16:11 2 369 dəfə oxunub
Sumqayıtda təhlükəli avtomobil idarə edən sürücü - VİDEO

01 avqust 23:29 radələrində Sumqayıt şəhərində dairəvi hərəkət zamanı qayda pozan 10 OV 873 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün videogörüntüsü YPX.AZ saytına göndərilib. 4.3 (dairəvi hərəkət) nişanı ilə tənzimlənən yolayrıcına daxil olan VAZ 21074 markalı avtomobilin sürücüsü dairədə olan avtomobilə yol verməyib və Yol Hərəkəti Qaydalarının 42-ci maddəsinin XV bəndinin (Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir) tələbələrini pozub.

Yaxşı ki, videogörüntünü göndərən sürücü təhlükəni əvvəldən hiss edib və sürətini azaldıb. Əks halda qəzanın qaçınılmaz olacağı məlumdur.

YPX.AZ xəbər verir ki, bu qayda pozuntusuna əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə 3 cərimə balı və 60 manat cərimə nəzərdə tutulub.