"Cadillac" sürücüsü əks yola çıxdı - VİDEO

Yol polisi / Manşet15-09-2020, 14:47 450 dəfə oxunub
"Cadillac" sürücüsü əks yola çıxdı - VİDEO

14 sentyabr, 19:11 radələrində, Akim Abbasov küçəsində 1.3 xəttinin tələbini pozub tam olaraq əks yola çıxan sürücü YPX.AZ kameralarına düşüb.
Təsəvvür edin ki, geriyə dönmə edən sürücü qarşıdan gələn avtomobilin olmadığına əmin olduqdan sonra geriyə dönən zaman, həm də 10 CD 004 DQN-lı Cadillac sürücüsünün də əks yola çıxabilmə ehtimalını hesablamalıdır ki, qəza baş verməsin. Belə hallarda piyada vurulmaları da az olmur. Çünki piyada əvvəl yolun soluna, daha sonra sağına baxıb yolu keçir. Bu zaman isə əks yoldan gələn avtomobili görməyən piyada onun qurbanı olur. Belə sürücülərə qarşı heç bir güzəşt olmadan tədbir görülməlidir.