Xırdalanın bitməyən problemləri - VİDEO

Yol polisi / Manşet15-09-2020, 17:55 610 dəfə oxunub
Xırdalanın bitməyən problemləri - VİDEO

İzləyicimiz YPX.AZ qaynar xəttinə videogörüntü göndərib və bildirir ki, Xırdalan şəhərində nəqliyyat sahəsində qanunlar demək olar ki, işləmir. Avtobus dayanacağında taksilər dayanır. Onlar dayanacaqlarda hətta avtomobil yuyurlar. Nəticədə avtobuslar ikinci zolaqda dayanmağa məcbur olur. Belə olduqda yol daralır və nəqliyyat axını zəifləyir və tıxac başlayır. Qısa desək bir problem başqa bir problemin yaranmasına səbəb olur. Nəticədə isə bütün sakinlər əziyyət çəkir.