Hüseyn Məhəmmədoğlu sürücülərə MÜRACİƏT ETDİ - VİDEO

Yol polisi / Manşet / Layihələrimiz / Telefona yox , yola bax! 4-02-2020, 15:43 388 dəfə oxunub
Hüseyn Məhəmmədoğlu sürücülərə MÜRACİƏT ETDİ - VİDEO

Ölkəmizdə yol nəqliyyat hadisələrinin azalması yönümündə aidiyyatı qurumlar tərəfindən yetərincə maarifləndirici tədbirlər təşkil edilir. Biz də YPX.AZ olaraq öz dəstəyimizi vermək məqsədi ilə bu yönümdə maarifləndirici videoçarxlar hazırlayır, məlumatlar dərc edirik.

Son bir neçə gündə isə yeni maarifləndirici layihəmizi ortaya qoyaraq aktual məsələlərdən biri olan sürücülərin sükən arxasında telefon istifadə etmələri məsələsinə diqqət çəkmək istəyirik.

#TelefonaYoxYolaBax layihəsi çərçivəsində artıq bir neçə sosial mesaj videoları hazırlanmış, bu sosial mesajı özündə əks etdirən “sticker”lər dərc edilmişdir. Bu “sticker”lər oxucularımız və sürücülərə istədikləri halda avtomobillərin üzərinə vurmaları üçün onlara təqdim edilir.


Heç kimin gözü yolda qalmasın, bizi gözləyənlər var: #TelefonaYoxYolaBax
İstər videoçarxların çəkilməsi üçün, istərsə də “sticker” əldə etməklə bu maarifləndirici layihəyə dəstək olmaq istəyən hər kəs “Qaynar xətt”imiz vasitəsi ilə bizimlə əlaqə saxlasın.

  • Qaynar xətt: +994506700067
  • Whatsapp: +994506700067
Artıq bu layihəmizə bəzi tanınmış simalar da maraq göstərir və dəstək olmaq məqsədi ilə bizimlə birgə xüsusi videoçarxların hazırlanması üçün əməkdaşlıq edirlər.

Təbii ki bu çox sevindirici və qürurlandırıcı haldır. Hər kəsə dəstəkləri üçün təşəkkür edir, minnətdarlığımızı bildiririk.

Onlardan biri də tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğludur. O, bu layihəmizə dəstək verərək sürücülərə müraciət etdi. Həmin müraciəti sizlərə təqdim edirik: