Yol polisi / Manşet

BNA-nın quraşdırdığı yol nişanları kimlərisə narahat edib - FOTO

188
13-02-2020, 20:41

YPX.AZ xəbər verir ki, bir müddətdir ki, paytaxtın müxtəlif yerlərində küçə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri vurulur.

Görünür ki, bu kimlərinsə maraqları ilə uyuşmur. Elə bu səbəbdən həmin yol nişanlarının üzərində olan "Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir" yazısının oxunmamağı üçün yararsız hala salıblar.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbut xidmətinin rəhbəri Mais Ağayev xəbər verib.

Mais Ağayev məsələ ilə bağlı açıqlama verərkən bildirib ki:

"Bundan narahat olanlar isə hər vəclə mane olmağa çalışırlar. Bu məqsədlə “Atatürk” prospektindəki məlumat lövhəsini bu hala salıblar. Təbii bunu edənlərin müəyyənləşdirilməsi üçün zəruri addımlar atılır."

FACEBOOK ŞƏRH YAZ