Təcili tibbi yardım maşını Bakıya sərnişin daşıyır - VİDEO

Yol polisi / Manşet23-03-2020, 10:22 3 264 dəfə oxunub
Təcili tibbi yardım maşını Bakıya sərnişin daşıyır - VİDEO

Sosial şəbəkələrdə Dövlət Yol Polisinin inspektorları tərəfindən Bakıya sərnişin daşıyan təcili tibbi yardım maşınının saxlanmasının görüntüləri yayılıb.

YPX.AZ xəbər verir ki, kadrlarda təcili tibbi yardım maşınının içində sürücüdən əlavə bir neçə nəfərin olduğunu görmək olar.

Sürücü polis əməkdaşlarının haqlı suallarına heç bir formada cavab verə bilməyib.

İlk növbədə bəhanə gətirmək istəyən həmin şəxs sonra polisin əmrinə tabe olub.

Qeyd edək ki, təcili tibbi yardım maşınında olanlar avtomobili tərk ediblər.