Vilayət Eyvazovdan yeni TƏYİNAT

Yol polisi / Manşet23-03-2020, 11:09 7 437 dəfə oxunub
Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub

YPX.AZ xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini, polis polkovnik-leytenant Vahid Cəfərov sərəncama götürülüb.

Nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov vəzifəsindən azad edilib.

O, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinə rəis müavini təyin olunub.

İstinad edildi: Oxu.Az