Başı bəlalı kəsişmə, qayda pozan “NİVA” sürücüsü - VİDEO

Yol polisi / Manşet25-03-2020, 14:02 273 dəfə oxunub
Başı bəlalı kəsişmə, qayda pozan “NİVA” sürücüsü - VİDEO

Bu kəsişmədə qanunlar işləmir, hansı sürücü necə istəyir elə də avtomobil idarə edir.  Misal olaraq isə təqdim edəcəyimiz video görüntüdə “NİVA” markalı avtomobilin qayda pozuntusu əks olunub.

YPX.AZ xəbər verir ki, Hüseynbala Əliyev küçəsi ilə hərəkətdə olan 10 BU 085  dövlət qeydiyyat nişanlı “NİVA” markalı avtomobilin sürücüsü Hüseyn Seyidzadə küçəsi ilə kəsişməyə doğru hərəkətdə olan zaman 1.3 nişanlanma xəttinin tələbini pozur və svetoforun qırmızı işığında keçərək piyada zolağının üzərində dayanır.

Qeyd edək ki, piyada keçidi adından da bəlli olduğu kimi piyadalar üçündür və svetoforun qırmızı işığında keçidin üzərində avtomobil saxlamaqla hərəkətdə olan piyadaların yolu kəsilmiş olur. Görünür ki, bir çox hərəkət iştirakçısı bunu bilsədə görüntüsünü təqdim etdiyimiz sürücü bunu bilmir və ya önəmsəmir.

Həmin sürücünün görüntülərini sizlərə təqdim edirik: