Ard-arda qayda pozan sürücü təhlükə yaratdı - VİDEO

Yol polisi / Manşet26-03-2020, 11:13 1 273 dəfə oxunub
Ard-arda qayda pozan sürücü təhlükə yaratdı - VİDEO

İsmayıllı rayonu ərazisində ard-arda yol hərəkəti qaydalarını pozan sürücü digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

YPX.AZ xəbər verir ki, 99 HD 536 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü əvvəlcə 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks yola çıxıb, daha sonra digər hərəkət iştirakçılarını yolda sıxışdıraraq “öz” yoluna qayıdıb və qarşıdakı svetoforun qırmızı işığından keçərək hərəkətini davam etdirib.

Sürücünün qayda pozuntusu hərəkət iştirakçılarından birinin avtomobilində olan video qeydiyyatçı tərəfindən qeydə alınıb.

Həmin görüntüləri sizlərə təqdim edirik: