Yol polisi tərəfindən koronovirusla mübarizə ilə əlaqədar aksiya keçirilib - FOTO

Yol polisi26-03-2020, 11:52 95 dəfə oxunub
Yol polisi tərəfindən koronovirusla mübarizə ilə əlaqədar aksiya keçirilib - FOTO

Tərtərdə yol polisi tərəfindən koronovirusla mübarizə ilə əlaqədar aksiya keçirilib.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədi ilə maraqlı aksiya təşkil edilib.

YPX.AZ xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək verilib. Həmçinin gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyyə ediblər. Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.