Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Yol polisi / Manşet20-05-2020, 11:10 1 927 dəfə oxunub
Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Paytaxtın Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis İdarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.

YPX.AZ xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov vəzifəsindən azad edilib.

Hələlik bu vəzifəyə heç kim təyin olunmayıb.

S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə rəhbərlik edib. Bundan əvvəl o, Yasamal Rayon Polis İdarəsində rəis müavini vəzifəsində çalışıb.

İstinad edildi: Oxu.Az