Sərnişin avtobusu sürücüləri sürət artırıb yarışdılar - VİDEO

Yol polisi / Manşet22-05-2020, 12:47 988 dəfə oxunub
Sərnişin avtobusu sürücüləri sürət artırıb yarışdılar - VİDEO

Havalimanı yolunda iki eyni marşrut xətti üzrə işləyən sərnişin avtobusu sürücüləri yarışıblar.

YPX.AZ xəbər verir ki, həmin yolun sürət həddi 110 km/saat olan hissəsində 136 nömrəli marşrut xətti üzrə işləyən 90 ND 353 və 90 SH 148 dövlət qeydiyyat nişanlı avtobusların sürücüləri hərəkət sürətlərini 100-110 km/saat-a qaldıraraq yolda yarışıblar. Sürücülər yolda yarış təşkil edərkən avtobuslarda sərnişinlərin olduğu da görünür.

Qeyd edək ki, yol hərəkəti haqqında qanuna əsasən şəhərdaxili marşrut xəttləri üzrə işləyən avtobusların 70 km/saat sürətlə hərəkət etmələrinə icazə verilir. Ancaq sözügedən avtobus sürücüləri sürət həddini 30-40 km/saat aşıb yarışmaqla sərnişinlərin həyatını təhlükəyə atıblar.

Yarışan avtobus sürücülərinin bu əməlləri digər hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb.

Həmin görüntüləri sizlərə təqdim edirik: