Bakı polisi koronavirusla mübarizənin ön cərgələrindədir - FOTO

Yol polisi26-05-2020, 13:39 512 dəfə oxunub
Bakı polisi koronavirusla mübarizənin ön cərgələrindədir - FOTO

Paytaxtda koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində fərdi və kollektiv gigiyena qaydalarına riayət olunması üçün qabaqlayıcı tədbirlər davam etdirilir.

YPX.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.