Yollara atdığımız tullantılar və səbəb ola biləcəyi qəzalar - VİDEO

Yol polisi / Manşet27-05-2020, 19:59 1 475 dəfə oxunub
Yollara atdığımız tullantılar və səbəb ola biləcəyi qəzalar - VİDEO

Çox kiçik hesab olunan qayda pozuntuları və bu səbəbdən hətta ölümlə nəticələnən qəzalar.

YPX.AZ xəbər verir ki, bu qəzaları yaranmasına səbəb olan hərəkət iştirakçıları avtomobildən kənara atdıqları salfet parçasının, bir siqaret qalığının və ya hər hansı bir tullantının kiminsə ölümünə səbəb ola biləcəyini düşünmürlər.

Bundan əlavə isə təmiz şəhər istəyirik, tullantıların küçələrdə, yol kənarlarında olmadığı. İstəyirik amma icra nümayəndələri tərəfindən bu tulantılarında təmizlənəcəyini düşünürük. Axı onların işi bundan ibarətdir. Elə deyil? 

Elədir, onların işi ölkə küçə, yollarınının təmizliyinə nəzarətdir. 

Ancaq məsələ düşündüyümüz qədər də bəsit deyil. Çünki, küç yollarda hərəkətdə olan zaman əliçizdən yollara atdığımız tullantını əksəriyyəti yaşlı olan həmin qadınlar tərəfindən təmizlənir. Bu tullantı yolun hərəkət hissəsinə atılsa da, səkiyə atılsa da. Və bizim hər belə məsuliyyətsiz davranışımız onların işlərini artırmaqla yanaşaı, yolun hərəkət hissəsinə çıxmalarına, təhlükə ilə üz-üzə qalmalarına da səbəb olur. Çox olub mediada süpürgəçi xanımların qəzaya düşdüyü, dünyasını dəyişdiyi xəbərləri yayımlanıb.

Bu kimi hadisələrin baş verməməsi üçün diqqətli olmalı, məsuliyyətli davranmalıyıq.