Qayda pozub, təhqir ilə hədələyən “AA” seriyalı avtomobil sürücüsü - VİDEO

Yol polisi / Manşet6-06-2020, 21:33 1 709 dəfə oxunub
Qayda pozub, təhqir ilə hədələyən “AA” seriyalı avtomobil sürücüsü - VİDEO

Bakıda “AA” seriyalı avtomobilin sürücüsünün qoçuluq etməsi görüntülənib.

YPX.AZ xəbər verir ki, Abdulvahab Salamzadə küçəsi ilə hərəkət edən 90 AA 582 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək digər nəqliyyat vasitəsinin önünə keçməyə cəhd edib. Lakin sürücü haqlı olaraq ona bu imkanı verməyib. 

Bundan qəzəblənən “AA” seriyalı avtomobilin sürücüsü onun yanından keçərkən sürücünü qınayıb və təhqir edib.

Daha sonra isə avtomobilin önünə keçərək ani tormozlanmalar edib və haqlı olaraq ona yol verməyən sürücüyə çətinlik yaratmağa başlayıb.

Qayda pozan “AA” seriyalı avtomobilin sürücsünün bu əmələ digər sürücünün video qeydiyyatçısı tərəfindən video qeydə alınıb.

Həmin görüntüləri sizlərə təqdim edirik: