Sürücülər bu küçədə bazar açıb: BNA-nın diqqətinə - FOTO

Yol polisi / Manşet11-12-2019, 17:39 113 dəfə oxunub
Sürücülər bu küçədə bazar açıb: BNA-nın diqqətinə - FOTO

Bakıda parklanma qaydasını kütləvi şəkildə pozan sürücülər barəsində bir neçə oxucu Avtosfer.az redaksiyasına şikayət ünvanlayıb.

YPX.AZ xəbər verir ki, paytaxtın Nəsimi rayonu Ceyhun Hacıbəyli küçəsində (Azərbaycan Universitetinin yanında) sürücülər avtomobillərini harada gəldi qanunsuz olaraq park edirlər. Bu isə həm sürücülərə, həm də piyadalara maneçilik törədir. Hətta bəzi avtomobillərin piyada keçidinin eni boyunca parklandığının da şahidi olmaq olur. Həmin ərazidən çəkilmiş fotoşəkilləri sizə təqdim edirik.

Ümid edirik ki, bu məsələ ilə bağlı BNA-nın əməkdaşları həmin ərazini nəzarətə götürərək  sürücülər barədə ciddi tədbirlər görəcək.