Maşını qaçırdı Yol Polisi saxladı

Yol polisi / Manşet11-12-2019, 17:40 141 dəfə oxunub
Maşını qaçırdı Yol Polisi saxladı

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Mehdiyev dekabrın 9-da “Volkswagen” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin Ağdaş rayonu ərazisində hərəkətdə olması aşkar edilmişdir.

Görülmüş tədbirlərlə avtomobil BDYPİ-nin Ağdaş rayonu ərazisindəki stasionar postunda saxlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini Q.Əliyev avtomobillə birgə Rayon Polis Şöbəsinə təhvil verilmişdir.

Araşdırma aparılır.

YPX.AZ